Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova Rusiya rəhbərliyində yeni vəzifə təklif edilib.
Unikal.org xəbər verir ki, R.Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.
Daha əvvəl Çeçenistan rəhbəri müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbi ilə səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xuçiyevə verib.
R.Kadırov yanvarın 13-dən müalicə kursu almağa başlasa da, bu barədə yalnız Rusiya Prezidenti Vladimir Putinin Federasiya Şurasına müraciəti və baş nazirin istefa verdiyi gün məlum olub.