Rusiyanın paytaxtı Moskva şəhərində qadın polis maşınında uşaq dünyaya gətirib.
Unikal.org “RİA Novosti”yə istinadən xəbərinə görə, doğuş prosesi yol polislərinin köməyilə gerçəkləşib. Hadisə cümə günü saat 16 radələrində Kiyev magistral yolunun 26 kilometrliyində baş verib.
Belə ki, taksi ilə arvadını xəstəxanaya çatdırmaq istəyən şəxs yoldakı tıxacla bağlı polislərə müraciət edərək kömək istəyib.
Yol polisləri qadını xidməti maşınla xəstəxanaya aparmağa çalışıblar. Lakin onlar xəstəxanaya çatmamış doğuş prosesi başlayıb.
Polis əməkdaşları təcili yardım çağıraraq doğuşu avtomobildə həyata keçirməli olub.
Nəticədə, polislərin və tibb işçilərinin köməyilə dünyaya bir oğlan uşağı gəlib.