Türkiyənin ATV kanalında yayımlanan Esra Erolda verilişində yenə qəri hadisə baş verib. 21 yaşlı gənc qadın Firdevs Torpaq 1 il əvvəl sosial şəbəkədə tanış olduğu və sadəcə adını bildiyi bir kişidən hamilə qalıb. Uşağını 2 ay öncə dünyaya gətirən qadın sözüedən veriliş vasitəsiylə övladına atasıın soyadnı verilməsi üçün onu hamilə olarkən tərk edən sevgilsinin axtarışına çıxıb.
Unikal.org xəbər verir ki, gənc qadın 4 aylıq hamilə olarkən bir gün gələn telefon zəgindən sonra sarsılıb. Qadının verilişdə dediyinə görə, ona zəng edən şəxs sevgilisinin həyat yoldaşı olduğunu, 4 ildir evli olduqlarını söyləyib.
Sonradan sevgilisi onları tərk edib. Nə qədər Firdevs Topraq nə qədər sevgilisinə telefonla zəng etməyə çalışsa da onun zənglər cavabsız qalıb. 2019-cu ilin dekabrın övladı dünyaya gələn qadın sevgilisini tapa bilmədiyi üçün uşağına şəxsiyyət vəsiqəsi ala bilmədiyini də vurğulayıb.
Bundan sonra canlı yayıma zənglər gəlib. Bu zənglər qadını daha da şoka salıb. Belə ki, sevgilsiinin heç vaxt evli olmadığını, bir cinayətkar olduğunu öyrənib. Hətta bir müddət həbsxanadan qaçıb fərari kimi yaşadığını öyrənib. Daha sonra Türkiyə polisi onu həbs etməyə müvəfəq olub. Hazırda 2 aydır ki, həbsxanadadır. Qadın bu sözlərdən sonra övladına onun soyadının verilməsindən imtina edib.