Bolu şəhərində dəhşətli qəza baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, körpüdən uçub divara çırpılaraq parçalanan avtomobildəki 2 gənc dünyasını dəyişib. Onlardan birinin 21, digərinin isə 22 yaşı olduğu bildirilib. Avtomobilin çırpıldığı divarda "oradasan səmada" yazısı qəzanı görən insanlara pis təsir edib.