99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olan Zeynalov Tural Abdulla oğlu ilə bağlı ilə Mərkəzi Seçki Komissiyasına dəfələrlə şikayət daxil olub.
Unikal.org-un məlumatına görə, bu barədə MSK-nın sədr müavini Rövzət Qasımov deyib. R. Qasımov bildirib ki, T. Zeynalov seçiciləri ələ almaq üçün onlara ərzaq paylayıb: "Təkcə onun özünün şəxsi hesabında deyil, onun vəkilləri, səlahiyyətli nümayəndələrinin də sosial şəbəkə hesablarında bu məlumatlar paylaşılıb. Belə ki, namizəd seçiciləri ələ almaq üçün onlara ərzaq paylayıb”..
MSK-nın iclasında həmin namizədlərə xəbərdarlıq edilməsi və məsələnin araşdırılması qərara alınıb.