Deputatlığa namizəd Novruz Aslanovun təşviqat kampaniyası yanvarın 23-də Basqal qəsəbəsində, Sulut, Qıcatan, Mücü, Xankəndi, Tağlabiyan kəndlərində davam etdirilib.
Unikal.org xəbər verir ki, Novruz Aslanovun vəkilləri ilə birlikdə adıçəkilən kəndlərdə seçiciləri ilə görüşləri baş tutub.
Deputatlığa namizəd Novruz Aslanov görüşlərdə dövlət tərəfindən həyata keçirilən bölgələrin sosial-iqtisadi inkişafı dövlət proqramlarından danışaraq son illərdə respublikanın bütün şəhər, rayon və qəsəbələrində sürətlə davam edən inkişaf barədə geniş məlumatlar verdi. Səmimi mühitdə baş tutan görüşlərdə seçiciləri maraqlandıran bir çox məsələlər barədə müakirələr aparıldı, qanunvericilik sahəsindəki yeniliklərdən, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzundan, bu sahədə dövlət başçısının əzmkar fəaliyyətindən söhbət açılıb. Ismayıllı rayonunda da həyata keçirilən layihələri misal gətirərək bundan sonra da bu kimi layihələrin davamlı olacağı vurğulanıb.
Məlumat üçün bildirək ki, bu günə kimə 28 kənddə Novruz Aslanovun təşviqat kampaniyası davam etdirilib.