Yaponiyada qəribə hadisə yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 16 il poçtalyon işləmiş 61 yaşlı adam 24 min məktubu sahiblərinə çatdırmayaraq öz evinə gətirib. O, öz açıqlamasında "İş yoldaşlarımın gənclərin məndən daha yaxşı olmalarını düşünmələrini istəmədim. Çox əziyyətli olduğu üçün belə etdim." sözlərini deyib.
İşdən qovulan adama 4500 dollar (təqribən 7500 manat) pul cəzası verilib. Pulu ödəyə bilməzsə o, 3 illik həbs cəzasına məhkum ediləcək.