Çinin müxtəlif ərazilərində koronavirusa yoluxanların sayı artıb.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Çinin Mərkəzi televiziyası bildirib.
Məlumata görə, koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb.
Telekanalın məlumatına görə, hazırda Çində 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb, daha 39 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.
Daha əvvəl 1287 nəfərin xəstəliyə yoluxduğu bildirilirdi.