Baş Dövlət Yol Polisi İdarəsi “Sədərək” Ticarər Mərkəzinin qarşısında sürücüləri bilərəkdən inzibati xəta törətməyə məcbur edən yol polisi əməkdaşları ilə bağlı araşdırmalara başlayıb.
BDYPİ-nin sözçüsü, polis polkovniki Kamran Əliyev Unikal.org-a açıqlamasında bildirib ki, həmin avtomobilin hansı idarəyə məxsus olması və həmin zaman o avtomobildə xidmət aparan yol polisi əməkdaşlarının kimliyi araşdırılır.
Sosial şəbəkələrdə yayılan videoda görünür ki, YPX maşını bir neçə dəfə dairədə hərəkət edərək digər sürücülərin xəta törətməsinə səbəb olub. Vətəndaşlar isə YPX əməkdaşlarının bu hərəkətini “tələ” adlandırıblar.