“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı yeni layihəyə strart verib. “Gənc Əkinçilər” adlanan layihənin əsas məqsədi bitkilərə düzgün aqrotexniki qulluq, gübrələrdən istifadə qaydaları, bitki zərərvericilərinə və xəstələliklərinə qarşı mübarizə tədbirləri barədə gənclərin maarifləndirilməsinə nail olmaqdır.
Unikal.org xəbər verir ki, Lənkəran şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Layihənin açılış mərasimikeçirilib. Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Alim Məmmədov ölkədə aqrar sahədəaparılan islahatlar barədə məlumat verib. O, dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini, bilik və bacarıəqlarını daha da artırmasının vacib olduğunu qeyd edib. Direktor müavini iştirakçıların layihə ilə bağlı ilkin təəssüratlarını öyrənib, layihə iştirakçılarına və Aqrar İnkişaf Könüllülərinə uğurlar arzulayıb.
Layihənin ilk günü iştirakçılar “Toxum emalı və toxumun saxlanıması qaydaları”, “Aqrar sahəyə dövlət dəstəyi və aqrar subsidiya qaydaları” mövzularında təlimlərdə iştirak edib. Daha sonra Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya baş tutub.
Layihənin ikinci günü “Əkin və suvarma sistemləri”, “Bitki zərərvericilərinə və xəstəliklərə qarşı mübarizə”, “Bitkilərə düzgün aqrotexniki qulluğun edilməsi və gübrələrin verilməsi” mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, layihənin icrası gənclərin aqrar sahəyə marağının artırılması və kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmasına kömək edəcək.
“Gənc Əkinçilər” layihəsi3 gün davam edəcək.