Göstərilən etimad, verilən səslər sayəsində 3, 4 və 5-ci çağırışlarda deputat seçilən və yaşadığı dairədən yenidən namizədliyi irəli sürülən Ülvi Quliyev ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də 15 saylı Yasamal birinci seçki dairəsindəki seçicilərinin dəstəyini gözləyir.
Unikal.org xəbər verir ki, deputatı olduğu ərazidə sakinlərin sosial problemlərinin və qayğılarının həllinə nail olan, rahat və ədalətli mühitdə yaşamasına şərait yaradan Ülvi Quliyevinin gördüyü işlər sakinlər tərərfindən yüksək qiymətləndirilir.
Vətəndaşlar da bu illər ərzində, onların problem və qayğılarından xəbərdar olan Ülvi Quliyevi yenidən bu vəzifədə görmək istədiklərini bildirirlər.
Ülvi Quliyev də sakinləri narahat edən problemləri səlahiyyətləri çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların problemlərinin həllini tələb etməkdə tərəddüd etməyəcəyini qeyd edib.