İnterpol xətti ilə axtarışda olan iranlı reper Əmir Hüseyn Türkiyədə saxlanılıb.
Unikal.org xəbər verir ki, narkotik vasitələrdən istifadə və təşviq etməkdə şübhəli bilinən musiqiçi İstanbulda keçirilən əməliyyat nəticəsində tutulub.
Onun "qırmızı bülleten"lə axtarışda olduğu, İstanbulda qeyri-qanuni məskunlaşdığı müəyyən edilib. İstintaq orqanlarına təhvil verilən reperlə bağlı araşdırma aparılır.