Alimlər daha bir uğura imza atıblar.    

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən günlərdə 3 min illik mumiyanın səsini geri qaytaran alimlər bu dəfə dünyanın ən məşhur mumiyası Takabutinin ölüm səbəbini müəyyənləşdiriblər. Onun təxminən 2600 il öncə 20 yaş ərəfəsində olarkən sol çiyninin yuxarı hissəsindən bıçaqlanaraq öldürüldüyü məlum olub.

Takabuti qədim zamanda Misirdə yaşayan varlı bir qadın olduğu bildirilib. Onun tabutu ilk dəfə 1834-cü ildə İrlandiyaya gətirilib açılmışdı.