İndoneziyanın Molukka dənizi sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Yeraltı təkanlar Ternate şəhərindən 116 km. qərbdə qeydə alınıb. Ocaq yerin 15 km. dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.