30 yanvar 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüş keçirilib.
Unikal.org-a ETSN-nin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Azərbaycan və Əlcəzair arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.