Helikopter qəzasında qızı ilə birlikdə həyatını itirən dünyaca məşhur baksetbolçu Kobi Brayantın həyat yoldaşı Vanessa Bryant ilk dəfə olaraq sosial şəbəkədə paylaşım edib.
Unikal.org xəbər verir ki, müsahibə verməkdən boyun qaçıran Vanessa Brayant sosial şəbəkədə həyat yoldaşı və qızı ilə bağlı paylaşım edib:
“Qızlarım və mən bu dəhşətli zamanda bizə dəstək olan, sevgisini göstərən milyonlarla şəxsə təşəkkür etmək istəyirəm. Dualarınız üçün minnətdarıq. Dualarınıza mütləq ehtiyacımız var. Sevgili həyat yoldaşım Kobe və şirin qızım Giannanın qəfil ölümü ilə məhv olduq. Bazar günü bizim kimi digər şəxslər də ailə üzvlərini itirib. Dərdlərimizi səmimi şəkildə bölüşürük. Hazırda ağrımızı təsvir edəcək bir söz yoxdur. Onlarsız həyatı təsvir etmək imkansız".
Sonda Vanessa Brayant dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Gülayə Mecid