Heydər Əliyev Fondunun“Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib olmuş “Çərpələng uşaq proqramı” layihəsinin icrasına başlanılıb.
Unikal.org xəbər verir ki, Qüdrət Əliyev tərəfindən müsabiqəyə təqdim edilən layihə çərçivəsində uşaqlar üçün yeni yaradılan 20 nağıldan ibarət mobil tətbiq yaradılacaq. Azərbaycan və dünya ədəbiyyatından seçilən nağıllar əsasında hazırlanacaq mobil tətbiqdə əlavə olaraq oyunlar da yerləşdiriləcək.
Proqram valideynlərin nəzarəti ilə idarə olunacaq vəonlar övladlarının yaşına uyğun bölmələri tənzimləyə, eyni zamanda proqramdan nə dərəcədə səmərəli istifadə etmələrini izləyə biləcəklər.
Sözügedən portaluşaqların sosial inkişafına və dünyagörüşünün formalaşmasına, həmçinin yeni texnologiyalardan daha faydalı istifadəsinə imkan yaradacaq.
Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi iləhəyata keçirilir.