“Çindən gətirilən Azərbaycan vətəndaşlarında koronavirusa yoluxma halı qeydə alınmayıb”.
Unikal.org xəbər verir ki, bu barədə REAL TV-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
O bildirib ki, həmin şəxslərin Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsi tərəfindən ayrılan xüsusi keçiddən keçirilərək ölkəyə buraxıblar:
“Həmin vətəndaşlar xüsusi hazırlanmış tibb müəssisəsinə yerləşdiriliblər. Onlarda hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni, koronavirus 14 gün ərzində özünü büruzə verə bilər. Onların yerləşdirildiyi tibb müəssisəsində hər cür şərait yaradılıb. Bu barədə həmin şəxslərin yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahat şəkildə evlərinə yola salınacaqlar”.