Surət Hüseynovun haqqı nəyə çatır?
14:12 06-11-2012
CƏMİYYƏT
Surət Hüseynovun haqqı nəyə çatır?
Veteranlar Birliyi: “Surət Hüseynov gedib Moskvada asfaltını çəksin..”
Mətbuatdan da məlum olduğu kimi, 1993-cü ildə törətdiyi Gəncə qiyamı sayəsində ölkədə dövlət çevrilişinə can atan və nəticədə baş nazir postuna sahiblənən Surət Hüseynov sonradan “hərbi qiyam” şakərindən geri dura bilmədi və lap sonda həbsxana qazana bildi. Və sonradan azadlığa buraxılan keçmiş baş nazir yebi iddia ilə çıxış etməyə başlayıb: “Mili Qəhrəman statusumu maa qaytarın!”
Artıq bir neçə gündür ki, ölkə mediasında bu mövzu müzakirə edilməkdədir.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev eks-baş nazirin Milli Qəhrəman adının özünə qaytarılması ilə bağlı müraciətini şərh edərkən deyib “Surət Hüseynova Milli Qəhrəman adının verilməsi özü absurddur. Surət Hüseynov nə vaxtsa silah götürüb kiminləsə vuruşubmu? Bu gün Milli Qəhrəman adının davasını edir. Surət Hüseynov müharibə gedə-gedə döyüş bölgəsindən rəhbəri olduğu hərbi hissəni geri çəkib Gəncəyə gətirdi. Bundan sonra ermənilər Ağdərəni işğal elədilər.Budur onun qəhrəmanlığı?”.
F.Rzaquliyevin sözlərinə görə, əsl Milli Qəhrəman statusu alanların qarşısında baş əyir.
“Milli qəhrəmanlıq dövlətin ən ali statusudur, indi bunlar bu adla məzələnirlər. Milli Qəhrəman adı o adama verilir ki, düşmənin texnikasını, sursatını məhv edir, uğurlu əməliyyatlar aparır. Milli qəhrəmanlıq iddiasını edənlər getsinlər Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlıq göstərsinlər, onda deyək bu adam sücaət göstərdi və haqqını aldı. Belə şeylər yolverilməzdir və insanların hissiyatı ilə oynamaq olmaz”.
Surət Hüseynov, Rəhim Qaziyev, Əlikram Hümmətovun bir sıra qaranlıq işlərdə bir-birləri ilə əlbir olduğunu deyən Rzaquliyev qeyd edib ki, Surət Hüseynovun Milli qəhrəmanlıq adı iddiası bir çox adamları -vətən həsrətində yaşayanları, döyüşçüləri, döyüşü gözləyən döyüşçüləri hiddətləndirib.
“Rəhim Qaziyevə demək lazımdır ki, nədir Surət Hüseynovun qəhrəmanlığı? İstər daxili toqquşmalarda, istərsə də digər başqa hadisələrdə nə qədər insanları məhv elədilər. Abırlarına kor olsunlar, gedib Moskvada asfaltlarını çəksinlər”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, “Surət Hüseynov Müstəqil Azərbaycanın tarixində ilk hərbi və dövləti cinayətin təməlini qoymuş bir şəxsdir. Ona Milli Qəhrəman adı tamamilə təsadüf nəticəsində verilmişdi və o vaxtkı iqtidarın atdığı yanlış addımlardan biri idi. Sonra o da ruslara güvənib Azərbaycanda dövlət çevrilişi etdi. Dövləti cinayətin təşkilatçısı və icraçısı olan şəxs isə heç zaman bu yüksək adı daşıya bilməz”.
Partiya sədrinin sözlərinə görə, “Surət Hüseynov öz ağlı ilə belə bir addım ata bilməz, yəni durub Milli Qəhrəman statusunun geri qaytarılmasını tələb etməsi onun öz ideyası deyil. Hakimiyyətin daxilindən kimsə onu qızışdırıb oyuna salıb. O heç vaxt öz ağlı ilə iş görməyib. 1993-cü ildə də ağlını verdi rusların və bizim bəzi bəylərin ağlına, Gəncədə qiyam elədi. O bununla da Azərbaycanı böyük bir fəlakətə doğru aparırdı. Nə yaxşı ki, rəhmətlik Heydər Əliyev bu oyunun qarşısını aldı və imkan vermədi ki, Azərbaycan yenə də rusların cənginə keçsin. Surət o vaxt ermənilərin və rusların əlinə oynayırdı. Bunu ölkədə o vaxt da, indi də hamı bilir. Təzədən bu məsələləri müzakirə etməyin nə mənası var. Surət getsin qurban olsun cənab İlham Əliyevə ki, onu əhv edib türmədən buraxdı, orada çürümədi. Get balalarını saxla, səndən Mili Qəhrəman olmaz!”
Hafiz Hacıyevin sözlərinə görə, “Surət Hüseynov ağıllı adam olsa, bir daha başını qoç başına vurmaz, amma belə görünür ki, onun ağlı yenə də onun, bunun tərəfindən idarə olunur. Surət Hüseynovdan Milli Qəhrəman deyil, küçə qəhrəmanı olar”.
Müstəqil hüquqşünas Aslan İsmayılovun sözlərinə görə, “Surət Hüseynovun yenidən Milli Qəhrəman adını tələb etməyə nə hüquqi haqqı var, nə də mənəvi. Mənəvi haqqı ona görə çatmır ki, o, Azərbaycan dövlətçiliyinə böyük zərbə vurmuş bir insandır və indi də durub tələb edir ki, bu dövlət mənim qəhrəman adımı qaytarsın”.
Hüquqşünasın sözlərinə görə, “Onun adı məhkəmə qaydasında geri alınıb və bu adı bərpa etmək üçün hüquqi mexanizm işlənib hazırlanmayıb. Ona görə də baş tutası iddia deyil. Və mənə elə gəlir ki, ölkə mediası daha ciddi mövzularla məşğul olmalıdır. Belə bayağı məsələlərin gündəmə çıxardılması düzgün deyil”.
Şakir
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44