Kanadadan Yamaykaya səfər edən bir sərnişin uçuş zamanı təyyarədə zarafat edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı Ceyms Potok 243 sərnişinin olduğu təyyarədə ayağa qalxaraq "Diqqətinizi bir müddətlik mənə yönəldin. Koronavirusun mərkəzi olan Çinin Hubey şəhərindən yeni gəldim. Özümü yaxşı hiss etmirəm. Təşəkkürlər" sözlərini deyib.
Bu açıqlamadan sonra pilot ABŞ-ın Florida şəhərindən geri qayıdaraq yenidən Kanadanın Toronto Hava limanına eniş edib. Daha sonra isə Ceyms Potok zarafat etdiyini bildirib və polis tərəfindən saxlanılıb.
O, etdiyi zarafatı etdiyinə görə çox peşman olduğunu qeyd edib.