İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.

Unikal.org bu barədə  Türkiyə KİV-nə istinadən xəbər verir.

İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb. 

O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər - 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb. 

20:44

xxx

İstanbulda sərnişin təyyarəsi qəzaya uğraması nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. 

 

20:00

xxx

İstanbuldakı Səbihə Göyçən hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, İzmir-İstanbul marşrutu üzrə hərəkət edən layner zolağdan çıxaraq iki yerə parçalanıb. Ardınca təyyarədə güclü yanğın baş verib. Qeyri-rəsmi mənbələrə görə, hadisə zamanı göyərtədə 171 sərnişin olub.

Tələfat barədə məlumat yoxdur. Yaralıların olduğu deyilir. Qəza səbəbiylə hava limanındakı bütün səfərlər dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.