Balıkesirdə dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Irmak B. anası Nagihan B. ilə mübahisə edib. Mübahisənin böyüməsi ilə 20 yaşlı qız mətbəxdən götürdüyü bıçaqla anasını bıçaqlayıb. O, daha sonra özünü 4-cü mərtəbədən atıb və başı üstə yerə düşüb.

Xəstəxanaya aparılan gənc qız həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib. Bıçaqladığı 42 yaşlı anasının isə həyati təhlükəsinin davam etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.