Müğənni İntizar Məmmədzadənin qızı qəza keçirib.
Unikal.org vesti.az-a istinadən xəbər verir ki, hadisə Moskvada "Filion" əyləncə mərkəzində Sky - kartinqdə baş verib. İfaçı bildirib ki, 9 yaşlı övladı Əsməray əylənən zaman ciddi xəsarət alıb:
"Yanvarın 21-də qızımın ad günündə əyləncə mərkəzinə yollandıq. Kartinq zamanı qızımın təhlükəsizlik kəməri bağlanmayıb. İdarəetmə zamanı Əsməray zərbə alıb. İki böyrəyi, dalağı və mədəaltı vəzi zədələnib. Dörd gün reanismasiyada qalıb.
Hazırda Moskvada klinikalardan birində yatır. Böyrəkləri və dalağındakı problem qismən aradan qaldırılıb. Amma mədəaltı vəzi hələ də sağalmır.
Hadisə ilə bağlı polisə müraciət etmişik. Uşağa təhlükəsizlik kəmərinin bağlanmamasını araşdıracaqlar".