Bakıda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 1973-cü il təvəllüdlü Şahverdiyev Rəhman Sərdar oğlu bu gün həbsxanada ürək çatışmazlığından ölüb.
Qeyd edək ki, R. Şahverdiyev 2017 narkotik maddələrin qanusuz dövriyyəsində təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum edilib.