Bakı Şəhər Baş Polis İdarəsi televiziya proqramlarının birində itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib.

İdarədən Unikal.org-a verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində ölən Ələmxan Əsədovun bioloji nümunələri Zəkəriyyə Kazımovun övladları və qardaşının bioloji nümunələri ilə müqayisəyə verilib.

Analizlərin nəticəsinə görə, eynilik aşkar edilməyib.

Araşdırıma davam etdirilir.