Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus 10 baş iri buynuzlu heyvanın rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itdiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 23 yanvar 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları otlaq sahəsindən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev oğurlayıblar.
Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.