"Uzunmüddətıi dövrdə iqtisadiyyatın daha sürətli şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, idxalı əvəz edən yerli istehsalın, o cümlədən emal sənayesinin qurulması, ölkənin tranzit potensialının maksimum reallaşdırılması, xidmətlər ixracının genişləndirilməsi və bu əsasda iqtisadi artımın ən azından qlobal artımdan geriyə qalmaması iqtisadi siyasətin ən əsas hədəfləridir.
Unikal.org xəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun sözlərinə görə, bu hədəflərə çatmaq üçün Azərbaycanda güclü siyasi iradə mövcuddur: "Heç şübhəsiz irəliyə getmək üçün iqtisadi balans möhkəmdir, siyasi iradə güclüdür və bu fonda 2020-ci ildə iqtisadiyyatımızın rəqabətqabiliyyətinin artırılmasında mühüm bir il olacağını düşünürəm".