Müğənni Tarkan həm konsert vermək, həm də həyat yoldaşı Pınar Tevelludoğlu ilə tətil etmək üçüm Monakoya üz tutub.
Unikal.org xəbər verir ki, cütlük konsert öncəsi Monakonu gəzib. Tarkan istirahətdə çəkilmiş şəkilləri sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Tarkan Pınarla 2017-ci ildə ailə qurub. Bir il sonra onların Liya adlı qızları dünyaya gəlib. Bu yaxınlarda cütlüyün ikinci övlad gözlədikləri və Pınarın hamilə olduğu iddia olunurdu.