“Günay Bank” ASC 12 fevral 2020-ci il tarixindən etibarən Bankın pos-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat edib
Unikal.org xəbər verir ki, artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.
Belə ki, aylıq 1000 (bir min) manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaqdır.
“Günay Bank” ASC 1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədir.