Müğənni Manaf Ağayev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, buna səbəb isə aparıcı Mətanət Əliverdiyevanın “Ən yaxşısı” verilişində ona verdiyi suallar olub.
“Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” deyə, aparıcı M.Ağayevə sual ünvanlayıb. Ağayev isə şiddəti dəstəkləyən cavab verib:
“Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir kəlimə sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil. Bir-birimizi yaxşı tanıyırıq. İçəri girişimdən cizgilərimdən bilir ki, əhvalım necədir. 35 ildir ailəliyik”.
M.Əliverdiyeva isə “Ailə kişidən asılıdır. Kişinin yumruğu nə qədər güclü olsa, bir o qədər yaxşıdır. Ondan çəkinmək, qorxmaq lazımdır. Kişinin başında boşqab sındırıramsa, ondan ailə olmayacaq” deyə bildirib.