Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Unikal.org xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” klubu doğma azarkeşləri qarşısında “Espanyol”u qəbul edəcək. Avropa Liqası üçün sifariş olunan Renatın bu oyunda iştirak edəcəyi gözlənilir.
Türkiyənin “Başakşəhər” klubu bu mərhələdə Portuqaliya “Sportinq”iylə qarşılaşacaq. İngiltərənin “Mançester Yunayted” klubu “Brügge”, Londonun “Arsenal”ı isə “Olimpiakos”un qonağı olacaq.
Avropa Liqası, 1/16 final mərhələsi
20 fevral
21:55 ÇFR (Rumıniya) – Sevilya (İspaniya)
21:55 Brügge (Belçika) – Mançester Yunayted (İngiltərə)
21:55 Ayntraxt (Frankfurt, Almaniya) – Zalsburq (Avstriya)
21:55 Kopenhagen (Danimarka) – Seltik (Şotlandiya)
21:55 Xetafe (İspaniya) – Ayaks (Niderland)
21:55 Ludoqorets (Bolqarıstan) – İnter (Milan)
21:55 Şaxtyor (Donetsk, Ukrayna) – Benfika (Portuqaliya)
21:55 Sportinq (Portuqaliya) – Başakşəhər (Türkiyə)
00:00 APOEL (Kipr) – Bazel (İsveçrə)
00:00 Roma (İtaliya) – Gent (Belçika)
00:00 Alkmaar (Niderland) – LASK (Avstriya)
00:00 Bayer (Almaniya) – Portu (Portuqaliya)
00:00 Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə)
00:00 Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya)
00:00 Volfsburq (Almaniya) – Malmö (İsveç)
00:00 Vulverhempton (İngiltərə) – Espanyol (İspaniya)