Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.

Unikal.org xəbər verir ki, bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.

Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdib.