Beynəlxalq Ağır Atletika Federasiyası (IWF)  Vahid Nəzərovla bağlı Azərbaycan Ağır Atletika Federasiyasına  (AAAF) məktub göndərib.

Unikal.org-un məlumatına görə, məktubda bildirilir ki, beynəlxalq dərəcəli hakim V.Nəzərov Tokio-2020 Yay Olimpiya Oyunlarda iştirak edəcək. 

V. Nəzərov 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında hakimlər briqadasında yer alacaq. 

Bununla da V. Nəzərovun Olimpiadada hakim kimi 3-cü sınağına çıxacaq. 

O həmçinin 3 dəfə məşqçi kimi, olimpiya oyunlarının keçrildiyi şəhərdə səfərdə olub.

Qeyd edək ki, Vahid Nəzərov martda Buxarestdəki dünya çempionatında, Apreldə Rusiyadakı Avropa çempionatında ölkəmizi hakim kimi təmsil edəcək.