17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.
Unikal.org xəbər verir ki, Zamir Həsənovun baş məşqçisi olduğu komanda Şotlandiya millisi ilə qarşılaşıb.
Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib. İlk görüşdə komandamıza qələbə qazandıran legionerlər də bu dəfə yığmanı xilas edə bilməyiblər – 0:7.
Milliləşən legionerlərlə güclənən komanda Böyük Britaniya təmsilçisi qarşısında aciz qalıb. İlk yarıda 3 qol vuran rəqib fasilədən sonra daha amansız olaraq 4 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 26-da keçirəcəyi son turun matçında Malta ilə üz-üzə gələcək.