Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib. 29 yaşlı Elvin Məmişzadəyə yığmamızın böyük məşqçisi vəzifəsi həvalə edilib.

Unikal.org xəbər verir ki, Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandamızın düşərgəsinə qoşulub.

Qeyd edək ki, E.Məmişozadənin millinin baş məşqçisi ilə problemlər yaşadığı və bu üzdən komandadan uzaqlaşdırıldığı bildirilir.

Bundan əlavə Şöhrət" ordeni Pərviz Bağırzadə və Olimpiya mükafatçısı Teymur Məmmədov milli komandadan uzaq düşüb.  Hazırda gənc idmançı T.Məmmədov klubların birində məşqçi kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.