Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib. 

Milli Paralimpiya Komitəsindən Unikal.org-a verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.