Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Ədnan Əhmədzadə Türkmənistanın Milli Neft və Qaz Şirkətinin (NAPECO) baş direktoru Maksat Pirliyev ilə görüş keçirib.
Unikal.org xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbiri çərçivəsində baş tutub.
Görüşdə SOCAR tərəfindən Türkmənistan neftinin treydinqi ilə bağlı birgə müəssisənin yaradılması təklif olunub, həmçinin neft və neft məhsullarının Azərbaycan ərazisi ilə nəql imkanları müzakirə olunub.
Qeyd edək ki, "NAPECO” QSC 2016-cı il yanvarın 8-də yaradılıb. Onun təsisçiləri Türkmənistanın Karbohidrogen Ehtiyatlarının İstifadəsi və İdarəsi üzrə Dövlət Agentliyi (90%), “Turkmenqaz” (2%), “Turkmenneft” (2%), Türkmənbaşı Neft Emalı Zavodu (5%) olub.