Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 24-25-də keçirilən “Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbirində iştirak edir.

Unikal.org xəbər verir ki, neft-qaz sektorundakı tendensiyaların müzakirə olunduğu tədbirdə SOCAR sponsorlar arasında yer alıb.

Tədbirdə SOCAR-ı Sərmayələr və marketinq üzrə vitse-prezidentin müavini Ədnan Əhmədzadə təmsil edir.

Konfransda TAPI qaz kəməri, Türkmənistanın qaz-kimya və neft emalı sənayesinin perspektivləri, ölkənin dəniz yataqlarının işlənilməsi və investisiyaların cəlbi və digər məsələlər müzakirə olunur.