“Real Madrid” futbol klubunun müdafiəçisi Marselo yüksək sürətlə avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılıb.
Unikal.org bildirir ki, bu barədə “El Mundo” xəbər yayıb.
Nəşrin yazdığına görə, futbolçu qaydanı klubun Valdebebas şəhərində yerləşən bazasının yanında pozub. Marselo sürət həddi saatda 120 km/saat təyin olunan yolda avtomobili 134 km/saat sürətlə idarə edirmiş.
Bundan başqa onun sürücülük vəsiqəsində də nöqsan aşkarlanıb. Belə ki, İspaniyada qayda pozuntusuna görə sürücülük vəsiqəsindən müəyyən sayda xal tutulur.
Braziliyalı futbolçunun sürücülük vəsiqəsində 0 xal olub. Xalın olmaması isə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olduğunu göstərir. Marselo, öz növbəsində qaydalar haqqında məlumatsız olduğunu iddia edib.