Amerikalı aktyor Corc Kluni İspaniya Sequndasında mübarizə aparan “Malaqa” klubunun səhmlərini almağa hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Hazırda “Malaqa”nın səhmlərinin sahibi qətərli Abdulla Əl Tanidir. O, klub üçün 100 milyon avro tələb edir. Ancaq Kluni bu məbləği vermək istəmir və danışıqlar aparılır.
“Malaqa” hazırda İspaniya Sequndasında 29 turdan sonra 37 xalla 14-cü pillədə qərarlaşıb.