Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.
Unikal.org "Yonhap" agentliyinə istinadən xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.
ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.
Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.