FİFA-nın qarşıdakı üç il üçün iş planı müəyyənləşib.
Unikal.org xə
bər verir ki, qurumun prezidenti Canni İnfantino fəaliyyət planının 10 əsas bəndini açıqlayıb.
“2020-2023-ün görünüşü: Futbol həqiqətən qlobal edərkən” adlı sənəddə aşağıdakı müddəalar yer alıb. 

1. Bütün qitələrin ehtiyacları baxımından faydalı olan, hamı üçün vahid beynəlxalq təqvim.
 
2. Futbolu daha hücumameylli etmək üçün oyun qaydalarının optimallaşdırılması.
3. Pulların futbolda saxlanılması üçün transfer sisteminin islahatı (bunun agentlərin varlanması ilə mübarizəyə xidmət edəcəyi ehtimal olunur).
4. Futbolçuların, məşqçilərin və klubların iqtisadi, müqavilə və digər baxımlardan müdafiəsinin yeni mexanizmləri.
5. 2021-ci ildən keçiriləcək yeni klublararası dünya çempionatının inkişafı və irəliləyişi.
6. Bütün futbolçular arasında mütəmadi məsləhətləşmələr.
7. Turnirlərin iqtisadi, sosial baxımdan davamlılığı və ətraf mühitə təsiri üzərində iş.
8. Turnir sisteminin islahatı.
9. VAR sisteminə onun hamıya əlçatan olmasına görə və hakimlərlə ünsiyyət prosesini yaxşılaşdırmaq üçün investisiyaların qoyuluşu.
10. İrqçiliklə mübarizə, insan haqlarını müdafiəsi, qadın futbolunun inkişafı, həddi-buluğa çatmayan futbolçuların müdafiəsi və s.