İngiltərənin "Nyukasl" klubunda koronavirus epidemiyasına görə ilkin tədbirlər görülməyə başlayıb.

Unikal.org xəbər verir ki, komandanın bazasında futbolçuların və işçilərin əllə görüşməsinə qadağa qoyulub.

Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus məlumat verib. 59 yaşlı ingiltərəli mütəxəssis bildirib ki, bu addım virusun yayılmasının qarşısını almaq üçün atılıb.