Sərbəst güləş üzrə yığma komandamızın Rusiyanın Kislovodsk şəhərindəki təlim-məşq toplanışı başa çatıb.
Unikal.org xəbər verir ki, millimizi bu toplanışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyıb.
Kislavodskda 14 gün davam edən təlim-məşqdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Maraq doğuran məqamlardan biri də F.Umudovun güləş döşəyindən kənarda yox, komandanın daxilində olmasıdır.
Belə ki, vitse-prezident idmançılarla məşq zamanı qurşaq tutub. Komandadakı gənclərə fəndin düzgün tətbiqini başa salıb.