Sabirabad rayonunda yük avtomobili yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Qaraağac kəndində "QAZ" markalı yük avtomobilinin kabinə hissəsi və banına yığılan əşyalar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.