Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-dan və martın 2-dək 29 cinayətin üstü açılıb.

Onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.