Türkiyəli aktrisa İlayda Akdoğan sevgilisi, iranlı basketbolçu Roham kabiri ziyarət etmək üçün Tehrana gedib.
Unikal.org xəbər verir ki, 21 yaşlı sənətçi təyyarədən enəndən qısa müddət sonra İranda koronavirus təhlükəsi üzə çıxıb. O, Türkiyəyə qayıtmaq istəsə də, uçuşlar ləğv olunduğuna görə cəhdi uğursuz alınıb.
Hazırda İlayda xəstəliyə yoluxmamaq üçün sevgilisinin evindən çölə çıxmır. Bu barədə o "Instagram"da paylaşımlar edir.