Rusiyanı "Eurovision 2020"də təmsil edəcək qrupun adı açıqlanıb.
Unikal.org xəbər verir ki, bu, "Little Big" qrupudur. Məlumatı Rusiyanın Birinci kanalı yayıb:
""Little Big" - hazırda Rusiyada və Avropada rəqs məktəblərində üstünlük təşkil edən pank, pop və reyv janrlarının kokteylidir".
Qrupun tərkibinə İlya Prusikin, Sofya Tayurskaya, Anton Lissov və Sergey Makarov daxildir.
Musiqi qrupunun müsabiqədə ifa edəcəyi mahnı yaxın günlərdə açıqlanacaq.