Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin İrkutsk vilayəti üzrə rəis müavini Vladimir Zhuravlev  Federal Təhlükəsizlik Xidmətinin (FSB Rusiya)  əməkdaşları tərəfindən rüşvət alarkən saxlanılıb.

Unikal.org xəbər verir ki, məmur rüşvət götürdüyü pulu gizlətmək üçün ağzına salıb və bu zaman boğulmağa başlayıb. 

FSB əməkdaşı saxlanılan məmurun boğulduğunu gördükdən sonra bel nahiyəsinə vurmağa başlayıb və bu görüntülər də əməliyytçılar tərəfindən lentə alınıb.