Azərbaycanda dələduzluq ittihamı ilə axtarışda olan qadın Rusiyanın Saratov vilayətində saxlanılaraq vətənə ekstradisiya edilib.
Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, həmin qadın 2013-cü ildə iki nəfərdən övladlarını ali məktəbə düzəldəcəyi adı ilə 5 000 və 8 000 manat almaqda şübhəli bilinir.
Saratov Vilayət Prokurorluğu tərəfindən aparılmış yoxlama nəticəsində bu əməllərin Rusiyada da dələduzluq kimi tövsif edildiyi üzə çıxıb. Ekstradisiya qərarnı isə Rusiyanın Baş Prokurorluğu verib.
Rusiyanın aidiyyəti qurumları tərəfindən vətəndaş Azərbaycana təhvil verilib.